Bank Of Baku

Bakı Ali Neft Məktəbi və Fransanın Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb - APA TV

Bakı Ali Neft Məktəbi və Fransanın Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">APA TV
# 01 iyul 2013 08:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Fransa Neft İnstitutunun rektoru Filip Pinşon və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

 

APA-nın xəbərinə görə, qonaqları salamlayan BANM-nin rektoru Elmar Qasımov bildirib ki, Fransanın Neft İnstitutu dünyanın ən ali neft institutlarından biridir. Onun sözlərinə görə, BANM-nin yaradılmasında məqsəd Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən Azərbaycan Dövlət Neft Şirkəti üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub: “Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı, elm və təhsil sahəsində də münasibətlər yüksək səviyyədə inkişaf edir. BANM Fransanın neft-qaz və kimya sənayesi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübəsindən yararlanmaqda maraqlıdır. Məktəbimizlə Fransa Neft İnstitutu arasında anlaşma memorandumunun imzalanması da gələcək inkişafa öz müsbət töhfəsini verəcək”.

 

Fransa Neft İnstitutunun rektoru Filip Pinşon bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı BANM ilə əməkdaşlıq etməyə və təcrübələrini paylaşmağa hər zaman hazırdır: “Bu gün qloballaşan dünyada neft yataqlarının qazılması, onların tapılmasında daha uğurlu əməliyyatların tətbiq edilməsi, bu sahədə mövcud olan bilik və bacarıqların gələcək nəslə ötürülməsi, onların düzgün baza ilə inkişaf etdirilməsi vacibdir. Fransa neft ölkəsi olmaya-olmaya bu sənayeni inkişaf etdirməkdə maraqlıdır. Çünki Fransanın “Total” kimi böyük neft şirkəti və neft emalı sahəsində böyük uğurları var. Neft sənayesinin inkişafı sahəsində Azərbaycan bizim üçün lider ölkələrdən biridir. İrəlidə bizi gözləyən təşəbbüsün öhdəsində də uğurla gəlmək üçün daima çalışacağıq”.

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə qeyd edib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi, iqtisadi, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir: “Sizin ölkənizin iradəsi budur ki, gənclər yaxşı təhsil alsınlar və gələcəkdə ölkəni inkişaf etdirə bilsinlər. Fransanın ali təhsil ocaqları da bu sahədə sizinlə birlikdə olmağa hazırdır”.

 

Tədbirin sonunda BANM ilə Fransanın Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR