Bank Of Baku

Bakı Neft Emalı Zavodunda xarici audit keçirilib

Bakı Neft Emalı Zavodunda xarici audit keçirilib
# 25 fevral 2013 13:20 (UTC +04:00)

 

Bakı – APA-Economics. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda baş mütəxəssislərin, istehsalat və sex rəhbərlərinin iştirakı ilə Türk Standartları İnstitutu tərəfindən TS EN ISO 9001, TSEN ISO 14001 və TS 18001 beynəlxalq standartları üzrə xarici audit keçirilib.

 

Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, auditdə Türk Standartları İnstitutunun nümayəndəsi Tülay Giritli, auditorlar - İnstitutun Azərbaycan təmsilçisi Xatirə Salahova, Səlim Çələbi iştirak ediblər.

 

Beş gün davam edən audit yoxlama zamanı auditorlar bir neçə istehsalat sahəsində və texnoloji qurğuda olublar. Standartlarla bağlı müsbət rəy verilmiş, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülüb və maarifləndirmə işlərinin daha da gücləndirilməsi qeyd edilib.

 

Audit yoxlamasının başa çatması ilə bağlı keçirilmiş yığıncaqda zavod direktorunun birinci müavini, baş mühəndis Nail Əmirov audit iştirakçılarına təşəkkür edərək, auditorlar tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını bildirib, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR