Bank Of Baku

Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir - FOTOSESSİYA

Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 05 iyun 2013 14:44 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək konfransda regionun və dünyanın enerji bazarı, enerji təhlükəsizliyi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın və Xəzər regionunun rolu, beynəlxalq neft-qaz layihələri və onların reallaşdırılması üçün beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunur.

 

«Iteca Caspian» şirkəti tərəfindən təşkil olunan və 500-dən artıq iştirakçının qatıldığı konfransda müxtəlif ölkələri təmsil edən aparıcı neft və qaz mütəxəssisləri və geniş ticarət missiyaları ilə təcrübə mübadiləsi və yeni işgüzar əlaqələr yaratmaq imkanı yaradılıb.

 

Konfransın ilk günündə Azərbaycanın Avrasiyanın enerji təminatı və təhlükəsizliyində rolu, neft-qaz hasilatının artımı və təminat yollarının diversifikasiyası üçün beynəlxalq əməkdaşlıq, enerji bazarındakı qeyri-sabitlik və onun qazın qiymətinə və uzunmüddətli müqavilələrə mümkün təsiri məsələləri müzakirə edilib. Tədbirdə Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia, ABŞ Dövlət Departamentinin enerji siyasəti üzrə dövlət katibinin köməkçisinin müavini Amos Hoşteyn, Böyük Britaniyanın Azərbaycan üzrə ticarət nümayəndəsi Çarlz Hendri dünyanın enerji xəritəsi, Xəzər regionu və Azərbaycanın buradakı rolu, həyata keçirilən enerji layihələri və onların Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətindən danışıblar ediblər. İsrail Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Lotem İsrail qazının regional geosiyasətin faktoru kimi əhəmiyyətindən danışıb. Konfransda məruzə ilə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev, «BP-Azerbaijan» şirkətinin prezidenti Qordon Birrel başçılıq etdikləri şirkətlərin həyata keçirdiyi layihələri, qarşıdakı planlar, o cümlədən ölkədə neft hasilatının sabitləşdirilməsi üçün görülən işlər barədə təqdimatlarla çıxış ediblər.

 

Konfransın ilk günündə Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldı Mammetyazov və İran Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə İdarəsinin baş direktoru Hüseyn İsmaili Şahmirzadi ölkələrinin enerji siyasəti, həyata keçirdiyi layihələr və gələcək planlar, eləcə də regionda həyata keçirilən layihələrlə bağlı əməkdaşlıq təklifləri barədə məlumat veriblər.

 

Bundan başqa, forumda neft-qaz emalı və neft-kimya layihələri, ölkədə regionun ən böyük neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması, Azərbaycanda alternativ və bərpa olunan enerji strategiyası, bərpa olunan enerji sektorunun enerji sisteminə texnoloji təsiri, iqtisadi inteqrasiya məsələləri ətrafında da müzakirələr aparılır.

 

Konfrans sabah işini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR