Bank Of Baku

Bakıda beynəlxalq neft-qaz sərgisi keçirilir - FOTOSESSİYA

Bakıda beynəlxalq neft-qaz sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyun 2013 07:15 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, iyunun 7-dək «Baku Expo Center»də keçiriləcək sərgi yüksək səviyyəli qonaqların iştirakı gözlənilir. Bunların arasında Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin dövlət katibi Qyunnar Oom, Energetika Xartiyasının baş katibi Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov və digər şəxsləri qeyd etmək olar.

 

Yubiley sərgidə ümumilikdə 28 ölkədən 386 şirkət iştirak edir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya sərgidə öz milli qrupları ilə təmsil olunub. Ötən il ilə müqayisədə sərgi sahəsi 22%, eksponentlərin ümumi sayı isə 25% artıb. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərgiyə qatılan yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 30%-ni təşkil edir. Sərgiyə rekord sayda – 20 şirkət sponsorluq edir: baş sponsor Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları isə «BP-Azerbaijan» və «Statoil» şirkətləridir.

 

Bununla yanaşı, sərgi ilə paralel olaraq iyunun 5-də eyni adlı konfrans keçiriləcək. Konfransın əsas mövzuları arasında «Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu», «Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq» və s. mövzular var.

 

Qeyd edək ki, 600 nümayəndə heyətinin qatılacağı konfransda 50-dən çox məruzəçi çıxış edəcək.

 

Xatırladaq ki, sərgi və konfransın əsas təşkilatçıları qismində Britaniyanın «ITE Group plc.» və onun bölgədəki tərəfdaşı «Iteca Caspian» şirkətləri çıxış edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR