Bakı - APA-Economics. Bakıda iki rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 26 dekabr 2013-cü il tarixində saat 11:00-dan 17:00-dək Sabunçu və Xəzər rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.