Bank Of Baku

Bakının dörd rayonunun qazı kəsilib

Bakının dörd rayonunun qazı kəsilib
# 27 iyun 2013 08:32 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtının dörd rayonunda qaz təchizatı dayandırılıb.

 

«APA-Economics»in «Azəriqaz» İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar iyunun 27-də saat 10:00-dan 18:00-dək «Ucar» Qazpaylayıcı Stansiyasından Ucar rayonuna gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək «Binə» Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 14:00-dək «Əhmədli», «Keşlə», Qazpaylayıcı Stansiyalarından, «Nizami ümumi», «Bakıxanov əhali», «Məişət-12», «Cavanşir» və «Dənizçilik məktəbi» ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə Ucar, Nizami rayonlarına, Xətai rayonunun böyük bir hissəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə və Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR