Bank Of Baku

Barak Obama: «Azərbaycanın ABŞ kimi öhdəlikli və loyal tərəfdaşı var»

Barak Obama: «Azərbaycanın ABŞ kimi öhdəlikli və loyal tərəfdaşı var»
# 04 iyun 2013 08:09 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə ABŞ prezident Barak Obamanın bu gün Bakıda işə başlayan XX beynəlxalq Xəzər Neft-Qaz Sərgisinə ünvanladığı və ABŞ səfiri tərəfindən təqdim olunan məktubunda bildirilir.

 

Məktubda qeyd olunub ki, həyata keçirilən beynəlxalq neft-qaz layihələri Azərbaycanı mühüm neft tədarükçüsü ölkəsinə və eyni zamanda region üçün qaz mənbəyinə çevirib: «Növbəti illərdə «Şahdəniz» layihəsinin ikinci fazasının və TANAP layihəsinin reallaşdırılması Azərbaycanı Avropanın da ən mühüm qaz tədarükçüsünə çevirəcək».

 

Məktubda həmçinin bildirilir ki, Azərbaycanın neft resursları ona imkan yaradıb ki, o öz iqtisadiyyatını diversifikasiya etsin, qanunun aliliyini möhkəmləndirsin: «İstərdim ki, Azərbaycanın ABŞ kimi öhdəlikli və loyal tərəfdaşı olmasını biləsiniz». 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR