Bakı - APA-Economics. ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkədə qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Bərdə rayonunun Ulubəyli kəndinə təbii qaz verilməsi bərpa edilib.
«APA-Economics»in məlumatına görə, bununla bağlı fevralın 19-da keçirilən tədbirdə bildirilib ki, 394 abonenti olan Ulubəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 6735 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 380 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.