Bank Of Baku

Böyük Britaniya nümayəndəsi: «Azərbaycan enerji bazarında İsrail və Kipr kimi ölkələrlə rəqabət aparmalı olacaq»

Böyük Britaniya nümayəndəsi: «Azərbaycan enerji bazarında İsrail və Kipr kimi ölkələrlə rəqabət aparmalı olacaq»
# 05 iyun 2013 07:39 (UTC +04:00)

Onun sözlərinə görə, Azərbaycan neft sənayesinin beşiyi hesab olunsa da, regionda qeyri-ənənəvi istehsalçılar da yaranıb: «Bu sırada Şərqi Aralıq dənizi ölkələri və Şərqi Afrika ölkələrini misal çəkə bilərəm. Müxtəlif ölkələrdə tətbiq olunan yeni innovasiyalar və texnologiyaların inkişafına təkan verilir ki, bu da qlobal ticarət axınını dəyişdirir. Qeyri-ənənəvi neft və qaz hasilatı, o cümlədən ABŞ-dakı dəyişikliklər bazarda oyun qaydalarını dəyişdirib. Eləcə də Çin, Hindistan və digər Şərq ölkələrində bazar dəyişir».

 

Britaniya nümayəndəsi enerji bazarındakı vəziyyətin sürətlə dəyişdiyini bildirib: «Karbohidrogen ehtiyatları qarşıdakı bir neçə ildə qlobal enerji məsələlərində böyük rol oynayacağını qəbul etsək də, onu da bilirik ki, alternativ enerji mənbələri də inkişaf etdirilir və qlobal tələbatı qarşılamaq üçün yeni texnologiyalardan istifadə olunmalıdır».


Britaniya rəsmisi qeyd edib ki, enerji bazarında yaranan dəyişikliklər nəticəsində Azərbaycan kimi istehsalçılar digər yeni istehsalçılarla rəqabət aparmalı olacaqlar: «Məsələn, İsrail, Kipr və digər ölkələr Azərbaycanın rəqibləri olacaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR