Bank Of Baku

Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 06 fevral 2013 09:07 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Piter Beytmen Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

BANM-dən “APA-Economics”ə verilən məlumata görə, qonağı qəbul edən rektor Elmar Qasımov bildirib ki, günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir.

 

Onun sözlərinə görə, BANM-in yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizinin əyani sübutudur. Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulduğunu qeyd edən rektor Heriot-Vatt Universiteti ilə əldə olunmuş razılaşmaya əsasən BANM-də tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və müxtəlif proseslərin Heriot-Vatt Universitetinin tələblərinə uyğun həyata keçiriləcəyini və bunun nəticəsi olaraq məzunlara həm BANM-nin, həm də Heriot-Vatt Universitetinin diplomlarının veriləcəyini bildirib.

 

Daha  sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Böyük Britaniyanın elm və təhsil mərkəzləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini  vurğulamışdır.

 

Səfir Piter Beytmen BANM-ə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin həm bütün sahələrdə inkişaf edən Azərbaycan dövləti üçün, həm də Azərbaycana böyük investisiyalar yatırmış və gələcəkdə bu sahədə işləri genişləndirməyi düşünən Böyük Britaniya üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi-siyasi inkişafdan danışaraq vurğulayıb ki, dünyaya açılmış və regionun önəmli dövlətinə çevrilən Azərbaycan Böyük Britaniya və Avropa Birliyi dövlətləri üçün böyük əhəmiyyət daşıyır. Təhsillə bağlı məsələlərə yüksək diqqət ayırdıqlarını bildirən diplomat BANM ilə hər zaman bu sahədə əməkdaşlıq etməyə və Böyük Britaniyanın müxtəlif təhsil mərkəzləri ilə əlaqələrin qurulmasına dəstək verməyə hazır olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR