Bank Of Baku

BP-nin dünyada yeni texnologiyalara sərmayələrinin 10%-i Azərbaycanın payına düşür

BP-nin dünyada yeni texnologiyalara sərmayələrinin 10%-i Azərbaycanın payına düşür
# 05 mart 2013 14:57 (UTC +04:00)

 

«APA-Economics»in məlumatına görə, forumda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, forum çərçivəsində BP mütəxəssisləri dünyada, o cümlədən Azərbaycanda neft-qaz hasilatı üçün nəzərdə tutulan yeni texnologiyalar üzrə təqdimat və müzakirələr aparacaqlar. O bildirib ki, BP hər il dünyada kəşfiyyat işləri və texnologiyaların təkmilləşdirilməsinə 500 mln. ABŞ dolları həcmində vəsait xərcləyir ki, bunun da təxminən 10%-i Azərbaycanın payına düşür.

 

Regional prezidentin sözlərinə görə, BP-nin yeni texnologiyalarının çox hissəsi artıq Azərbaycanda müvəffəqiyyətlə tətbiq edilir: «BP şirkəti Azərbaycanda texnologiyalara investisiyanın qoyulması sahəsinə böyük diqqətlə yanaşır».

 

Forumda çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə neft-qaz hasilatı sahəsində yeni texnologiyaların vacibliyini qeyd edərək tədbirin bu sahədə mühüm rol oynayacağını bildirib. BP-nin və ARDNŞ-in mütəxəssislərinin iştirakı ilə keçirilən forum 4 gün davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR