Bakı. Anaxanım Hidayətova – APA-Economics. Sabah Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Avropanın enerji təhlükəsizliyinin təmin olunması: Türkiyə və Azərbaycanın rolu” mövzusunda konfrans keçiriləcək.
“APA-Economics”in xəbərinə görə, tədbiri Britaniya parlamentinin üzvü Erik Coys aparacaq. Konfransda Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov , Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış da iştirak edəcək.