Bank Of Baku

BTC kəməri ilə mayda 2,8 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

BTC kəməri ilə mayda 2,8 mln. tondan artıq Azərbaycan nefti nəql olunub
# 10 iyun 2013 14:46 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 865 014 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-may aylarında bu kəmərlə 12 636 425 ton neft ötürülüb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,1% azdır.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyunun 1-dək BTC-yə 218 263 150 ton neft vurulub. Bundan başqa, cari ilin may ayında BTC kəməri ilə 279 989 ton Türkmənistan nefti nəql olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR