Bank Of Baku

BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi azalıb

BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi azalıb
# 05 iyul 2013 15:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 2 544 149 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,9% azdır.

 

Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında bu kəmərlə 15 180 756 ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyul ayının 1-ə qədər BTC-yə 220 632 390 ton neft vurulub.


Bundan başqa, bu  ilin iyun ayında BTC kəməri ilə 270 350 ton Türkmənistan nefti nəql olunub ki, bu da illik müqayisədə 25,5% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR