Bank Of Baku

Çarlz Endryu: «Böyük Britaniya, ABŞ və Avropa qaz ixracı marşrutu ilə bağlı Azərbaycanın istənilən seçimini dəstəkləyəcək» - YENİLƏNİB

Çarlz Endryu: «Böyük Britaniya, ABŞ və Avropa qaz ixracı marşrutu ilə bağlı Azərbaycanın istənilən seçimini dəstəkləyəcək» - <span style="color: red;">YENİLƏNİB
# 05 iyun 2013 07:39 (UTC +04:00)

 «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışında Böyük Britaniyanın Azərbaycan üzrə ticarət nümayəndəsi Çarlz Endryu bildirib.

 

Onun sözlərinə görə, Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verməsini alqışlayır. Cənubi Enerji Dəhlizi ilə bağlı veriləcək qərar Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. «Azərbaycan qazının Avropaya nəqli ilə bağlı konkret marşrutu dəstəkləmirik. Hansı marşrut olursa-olsun, əsas odur ki, qaz təchizatı başlasın. Buna görə də Böyük Britaniya, Avropa Komissiyası ABŞ-la birlikdə hansı kəmər seçilərsə, onu dəstəkləyəcək», - deyə Ç.Endryu vurğulayıb.

 

Britaniya nümayəndəsi qeyd edib ki, seçim ediləndən sonra marşrut boyunca yerləşən tranzit ölkələr də bu qərara dəstək verəcək. Ç.Endryu Azərbaycan, Gürcüstan və Türkiyəni TANAP layihəsi münasibəti ilə təbrik edərək əmin olduğunu bildirib ki, bu layihə davam etdiriləcək.

 

Ç.Endryu bildirib ki, Azərbaycan Avropanın enerji təchizatında strateji tərəfdaşıdır: «Azərbaycan müstəqil ölkədir və qərarlarını da müstəqil verir, onun tərəfdaşlarının enerji təhlükəsizliyində mühüm rol oynadığını dana bilmərik».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR