Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin iyun ayı ərzində 2 572 744 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin iyununa nisbətən 5,3% azdır.
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu həcmin 1 830 553 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib ki, burada 13,1%-lik artım müşahidə olunub.
Bu ilin yanvar-iyun aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 15 004 318 ton olub ki, bu da illik müqayisədə 1,4% azdır.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 218 670 972 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.