Bank Of Baku

Çilov adası qazlaşdırılır

Çilov adası qazlaşdırılır
# 16 may 2013 14:05 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin əvvəlindən başlayaraq Çilov adasında yerləşən yaşayış evləri və sənaye müəssisələrinin təbii qazla təmin olunması məqsədi ilə tikinti işlərinə başlanılıb.

 

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Ümumilikdə 414 yaşayış evi və bir sıra sənaye obyektləri olan adada qazlaşdırma işləri «Azəriqaz» İB-nin Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir. Mürəkkəb və özünəməxsus iqlim şəraitinə malik adada qısa müddətdə 3 022 metr uzunluğunda müxtəlif diametrli polietilen, 14 242 metr uzunluğunda isə polad borular çəkilib, 365 ədəd sayğac və avadanlıq quraşdırılıb.

 

«Yaxın müddətdə Çilov adasının təbii qazla təchizatı tam şəkildə başa çatdırılacaq», - deyə məlumatda bildirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR