«APA-Economics»in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeronun bu gün Bakıda işə başlayan XX Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinə ünvanladığı məktubunda bildirilir.
Məktubda qeyd olunub ki, yaxın gələcəkdə Azərbaycan regionun mərkəzi ölkələrindən birinə çevriləcək: “Bu da diqqətəlayiqdir ki, iqtisadi çətinliklər olan dövrdə Azərbaycan böyük nailiyyətlər əldə edir. Mən çox sevinirəm ki, BP şirkəti bu prosesə yaxından cəlb olunub”.
D.Kemeron 2013-cü ilin beynəlxalq enerji layihələri, xüsusilə də Cənubi Qafqaz dəhlizi və “Şahdəniz” layihəsi üçün çox vacib bir il olduğunu vurğulayıb: “Amma hələ də görüləcək işlər çoxdur. Çünki Cənub dəhlizi Mərkəzi Asiya qazının Avropaya daşınması üçün mühüm yollardan biridir. Azərbaycanın ən yaxın dostu olaraq mən əminəm ki, biz bu ambisiyanı reallığa çevirəcəyik”.