Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu gün Əfqanıstanın neft və təbii ehtiyatlar naziri Vahidulla Şahrani Azərbaycana səfər edəcək.
Əfqanıstanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, qonaq Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşlər keçirəcək.