Bank Of Baku

Elşad Nəsirov: «Azərbaycan Albaniya qaz bazarına çıxa bilər»

Elşad Nəsirov: «Azərbaycan Albaniya qaz bazarına çıxa bilər»
# 28 iyun 2013 12:05 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

 

Onun sözlərinə görə, hazırda Albaniya qazpaylayıcı şəbəkəyə malik deyil və gələcəkdə ARDNŞ bu ölkədə sözügedən şəbəkəni qura bilər: «Hər şey danışıqlardan və Albaniyanın istəyindən asılı olacaq».

 

Buna misal olaraq E.Nəsirov Gürcüstanın qazpaylayıcı sisteminin ARDNŞ tərəfindən idarə edilməsini gətirib. Lakin ARDNŞ rəsmisi onu da bildirib ki, Gürcüstan qonşu ölkə olduğundan bu məsələ asanlıqla öz həllini tapıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR