«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, TAP layihəsi çərçivəsində Yunanıstan, Albaniya və İtaliyaya ümumilikdə ildə 10 mlrd. kubmetr qaz nəql olunacaq: «Lakin Azərbaycan qazından həmçinin Bolqarıstan da yararlana biləcək. Belə ki, Yunanıstanla Bolqarıstan arasında qaz nəqli üçün infrastruktur mövcuddur».
E.Nəsirov həmçinin bildirib ki, perspektivdə Azərbaycan qazından Monteneqro və Xorvatiya kimi ölkələr də yararlana biləcək.