Bank Of Baku

Etibar Pirverdiyev: «Azərbaycanın bölgələrində güclü yağış nəticəsində elektrik enerjisi təchizatında yaranmış fasilələr aradan qaldırılıb»

Etibar Pirverdiyev: «Azərbaycanın bölgələrində güclü yağış nəticəsində elektrik enerjisi təchizatında yaranmış fasilələr aradan qaldırılıb»
# 21 may 2013 08:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın Şimal və Aran bölgələrində güclü yağışın yağması nəticəsində yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında yaranan fasilələr artıq aradan qaldırılıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

 

Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Azərbaycanın bəzi bölgələrində elektrik enerjisi təchizatında fasilələr yaranıb ki, bu problem həmən aradan qaldırılıb: «Ən inkişaf etmiş ölkələrdə belə, təbii fəlakət ciddi fəsadlar yaradır ki, bu hətta insan ölümü ilə nəticələnir. Azərbaycanda belə hallar müşahidə olunmur. Fəlakət nəticəsində elektrik enerjisi təchizatında yaranan fasilələr isə 1-2 saat ərzində müvafiq tədbirlər həyata keçirilərək aradan qaldırılır».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR