Bank Of Baku

Füzuli rayonunun daha bir kəndinə təbii qaz verilib

Füzuli rayonunun daha bir kəndinə təbii qaz verilib
# 30 noyabr 2012 12:32 (UTC +04:00)

Bakı - APA-Economics. ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ölkənin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində işləri davam etdirir.

 

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Füzuli rayonunun Birinci Mahmudlu kəndinə ilk dəfə olaraq təbii qazın verilib.

 

Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, 160 abonenti olan Birinci Mahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 15168 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 160 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR