Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gürcüstan Türkmənistandan daha ucuz qiymətə yanacaq almaqla daxili bazarda yanacağın qiymətini ucuzlaşdırmaq niyyətindədir. «APA-Economics»in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.
Nazir qeyd edib ki, Türkmənistan yanacağı Gürcüstana Azərbaycan ərazisi ilə nəql olunacaq: «Biz artıq Azərbaycan tərəfi ilə bizim yüklərimizin nəql olunması məqsədilə dəhlizin yaradılması üçün razılıq əldə etmişik. Bu da yaxın zamanlarda baş tutacaq».
K.Kaladze bildirib ki, Türkmənistan tərəfi ilə aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir: «Yeni idxal mənbələri müəyyənləşdikdən sonra biz bu bazarın sərbəstliyini hiss edəcəyik. Bu, həmçinin yanacağın qiymətinin ucuzlaşmasına səbəb olacaq».
Qeyd edək ki, Gürcüstana yanacağın əsas hissəsini idxal edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu günlərdə Gürcüstanda səfərdə olub. R.Abdullayev orada çıxışında qeyd edib ki, A