Bakı. Əli Əhmədov – APA-Economics. Aprel ayında Azərbaycan neftinin dünya bazarındakı orta qiyməti 1 barel üçün 105,42 ABŞ dolları olub. Bu barədə «APA-Economics»ə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən məlumat verilib.
Məlumata görə, ilin ilk 4 ayında Azərbaycan neftinin orta qiyməti 1 barel üçün 112,93 dollar olub ki, bu da dövlət büdcəsində nəzərdə tutulan baza həddindən 12,93 dollar və ya 13% artıqdır. Aprelin 3-də dünya bazarında neftin qiyməti 1,21 dollar azalaraq 105,30 dollar/barel olub.