“APA-Economics”in xəbərinə görə, bu barədə “BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel bu gün Bakıda işə başlayan “Caspian Oil&Gas-2013” Xəzər Neft-Qaz Konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, yataqdakı hasilat qurğularının maksimum fəaliyyət gücü gündə 27 mln. kubmetr qaz və təxminən 55 min barel kondensat təşkil edib.