Bakı. Könül Cəfərli – APA. İranda nəhəng qaz hidratı yatağı tapılıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, yataq Oman dənizində, Fars körfəzinin qərbindən İranın şərqinə qədər uzanan sahil sularında kəşf edilib.
Yataqdakı qaz hidratı ehtiyatının İranın indiyədək kəşf etdiyi neft və təbii qaz ehtiyatlarına ekvivalent olduğu bildirilir. Ancaq hazırda qaz hidratı şəklində dənizin 600 metr dərinliyində olan bu ehtiyatı yer üzünə çıxarmaq xərci çox olduğu, lakin gələcəkdə qalıq yanacaqlarının hamısının yerinə keçə biləcəyi vurğulanıb.