Bank Of Baku

İran Türkiyəyə ildə 4 milyard dollarlıq təbii qaz ixrac edir

İran Türkiyəyə ildə 4 milyard dollarlıq təbii qaz ixrac edir
# 13 may 2013 13:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Türkiyəyə illik orta hesabla 3,5-4 mlrd. dollarlıq təbii qaz ixrac edir.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Milli Qaz Şirkətinin rəhbəri Cavad Ovci açıqlama verib.

 

O bildirib ki, gələn il İranın təbii qaz ixracı günlük 100 mln. kubmetr artacaq: “Bu artımla da gəlirimiz 10 mlrd. dolları ötəcək. İraq və Pakistana təbii qaz ixrac etməyimiz üçün 3 yeni müqavilə imzalamışıq. Yeni müqavilələrin  həyata keçirilməsi ilə İranın günlük təbii qaz ixracı 40-45 mln. kubmetrə çatacaq. Pakistanla əldə edilən razılığa əsasən, bu ölkəyə gündə 21,5 mln. kubmetr təbii qaz ixrac edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR