«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan İran Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə İdarəsinin baş direktoru Hüseyn İsmayıllı Şahmirzadi bildirib.
Dünyanın neft və qaz ehtiyatlarının böyük hissəsinin Xəzər və Fars körfəzi ətrafında cəmləşdiyini bildirən qonaq qeyd edib ki, İranın kifayət qədər dəmir yolları, limanları, avtomobil yolları və qaz kəmərləri var və bu infrastruktur bütün Xəzəryanı ölkələr tərəfindən istifadə oluna bilər: «Biz balanslaşmış şəkildə digər ölkələrlə də əməkdaşlıqda maraqlıyıq, müstəqilliyə və bərabər hüquq prinsiplərinə rəğbət etməklə».
İran nümayəndəsi bildirib ki, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrin yaxşı olması rəsmi Tehranın əsas prioritetlərindən biridir: «Bu əlaqələr qarşılıqlı hörmət və maraqlar prinsiplərinə əsaslanır».
İdarə direktorunun sözlərinə görə, İran inanır ki, Xəzər dənizi bölgəsində resursların istismarı, hasilatı və nəqli regional əməkdaşlıq əlaqələrinin güclənməsinə, sülh və təhlükəsizlik üçün hərəkət verici qüvvəyə çevrilə bilər: «Biz şəffaflığı, aydınlığı və əməkdaşlıq üçün aydın mövqeyi təqdir edirik».