Bakı. Real Cəfərli – APA. İrana tətbiq edilmiş sanksiyalar neft hasilatının azalmasına səbəb olmayıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi bildirib.
Onun sözlərinə görə, İranın yalnız neft satışı 20 faiz azalıb: “Sanksiyalara baxmayaraq, İranın xam neft, benzin və digər neft məhsulları üçün alıcılar tapıb”.
Qeyd edək ki, İranın neft hasilatının gündəlik 2.5 mln. barel olduğu ehtimal edilir. Bu rəqəm isə 1.5 mln. barel azalma deməkdir. Ancaq R. Qasımi İranın neft hasilatının səviyyəsinin dəyişməz qaldığını bildirir.
Bu arada dünya bazarında xam neftin qiyməti 92.81 dollara düşüb. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) isə gündəlik neft hasilatını 30 mln. barel səviyyəsində saxlamaq barədə qərar qəbul edib.