Bank Of Baku

İtaliyanın xarici işlər naziri: “TAP layihəsi Azərbaycanla ikitərəfli münasibətlərimizin genişləndirilməsi yolunda da mühüm addımdır”

İtaliyanın xarici işlər naziri: “TAP layihəsi Azərbaycanla ikitərəfli münasibətlərimizin genişləndirilməsi yolunda da mühüm addımdır”
# 29 iyun 2013 10:22 (UTC +04:00)

APA-nın İtaliya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, E.Bonino yaydığı bəyanatda bildirib ki, TAP kəmərinin seçilməsi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində konkret addım olub.

 

“Bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərimizin genişləndirilməsi yolunda da mühüm addımdır” - deyə E.Bonino qeyd edib.

 

Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

 

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

 

Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR