Bank Of Baku

Kaxa Kaladze: “Gürcüstan hakimiyyəti Azərbaycanla dostluğu davam etdirəcək” - FOTO

Kaxa Kaladze: “Gürcüstan hakimiyyəti Azərbaycanla dostluğu davam etdirəcək” - <span style="color: red;">FOTO
# 15 may 2013 16:27 (UTC +04:00)

Tiflisdə beynəlxalq enerji konfransı keçirilir

 

Gürcüstan. Nizami Məmmədzadə - APA. Tiflis (Gürcüstan) şəhərində “Beynəlxalq Enerji Ticarət Konfransı” (Invitation for Cross-Border Electricity Trading Conference) başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın energetika naziri Kaxa Kaladze, ABŞ-ın Gürcüstandakı səfirinin müavini Britsit Brink, Avropa Birliyinin Gürcüstandakı səfiri Filip Dimitrov, Türkiyənin TELAS şirkətinin şöbə müdiri Nezir Ay və başqaları çıxış edərək, müasir şəraitdə enerji bazarında müxtəlif sistemlərin aspektləri barədə ətraflı məlumat verilib, enerji alqı-satqısında biznesin möhkəmləndirilməsindən söhbət açılıb.

 

Azərbaycanı “Azərenerji” ASC-nin təmsil etdiyi tədbirin ilk günü enerjinin satışı və digər mövzularda 5 layihənin təqdimatı keçirilib. Sabah konfrans işinə davam edəcək.

 

Tədbirdə Avropa rəsmiləri, Gürcüstan, Türkiyə, Azərbaycan və Çindən gələn enerji mütəxəssisləri və özəl şirkətlərin nümayəndələri, rəsmi şəxslər iştirak edib.

 

Gürcüstanın enrgetika naziri Kaxa Kaladze APA-ya açıqlamasında Gürcüstana ən çox investisiya yatıran ölkələrdən birinin Azərbaycan olduğunu bildirib: “Bizim Azərbaycanla illərlə, hətta əsrlərlə münasibətimiz var. Bugünkü hakimiyyət də bu dostluğu davam etdirəcək. İlk öncə Azərbaycan bizim çox yaxşı strateji tərəfdaşımızdır. Bu ölkədən qaz, yanacaq və enerji alırıq. Biz Azərbaycandan aldığımız qazın qiymətini çox dəyərləndiririk. Bu gün biz Rusiyadan da qaz alırıq. Yəni, Ermənistana ötürülən qazın 10 faizini pulsuz alırıq. Rusiya qazı Azərbaycan qazına nisbətən bahadır. Qaz almaq üçün gələcəkdə Qazaxıstanla danışıqlar aparmaq istəyirik. Bu istiqamətdə də çətinliklərimiz ola bilər, çünki Qazaxıstan qazını eksklüziv olaraq “Qazprom”a satıb və alqı-satqı işi bu şirkətdən keçir. Onların razılığı olmadan qiymətləri tənzimləmək mümkün deyil. Bütün dünya qaz məsələsində Rusiyadan asılı olmaq istəmir, digər ölkələrdən də qaz almaq istəyirlər. Məsələn, “Nabucco” layihəsinə maraq çoxdur. Amma yaxın gələcəkdə bu layihəni həyata keçirmək çətin olacaq”.

 

Energetika naziri Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun tikintisinə də münasibət bildirib: “Bu layihə barədə çox açıqlamalar olub. Ən əsası Saakaşvilidən gəlib. O, hər şey edir ki, ölkələrimiz arasında yaxınlıq, mehribanlıq pozulsun. Ümidvaram ki, onun bu cəhdi alınmayacaq. O, açıqlamalarında bizim Bakı-Tiflis-Qars layihəsindən imtina etdiyimizi bildirmişdi. Bu, düz deyil. Hamı görür ki, layihə çərçivəsində işlər davam edir və dəmir yolu vaxtında istismara veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR