“APA-Economics”in xəbərinə görə, bu bəyanatla Gürcüstanın energetika naziri Kaxa Kaladze çıxış edib.
Onun fikrincə, “ölkə bir tədarükçüdən, daha dəqiqi, Azərbaycandan asılı olmamalıdır”.
Energetika məsələləri üzrə ekspert Liana Cervalidze hesab edir ki, bazarda ən azı üç tədarükçü olmalıdır: “Strateji tərəfdaş nə qədər etibarlı olsa da, yenə də əlavə tədarükçülərə ehtiyac var. Bu, daxili bazarda inhisarçılığın qarşısını alır, rəqabətin inkişafına təkan verir və maraqlı konyunktura yaradır”.
Qeyd edək ki, Rusiya qazının min kubmetri Azərbaycan qazından 100 dollar bahadır.