Bank Of Baku

İcraçı direktor: “TAP “Şahdəniz” konsorsiumuna rəqabət qabiliyyətli təklif verib”

İcraçı direktor: “TAP “Şahdəniz” konsorsiumuna rəqabət qabiliyyətli təklif verib”
# 05 iyun 2013 10:44 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında TAP-ın icraçı direktoru Kjetil Tunqland deyib.

 

Onun sözlərinə görə, bu təkliflər “Şahdəniz”in şərtləri ilə üst-üstə düşür: “Ona görə də düşünürəm ki, TAP-ın seçilmək şansları çox yaxşıdır”.

 

K.Tunqland qeyd edib ki, mart ayında sözügedən layihə ilə bağlı tədqiqatlar başa çatıb: “Bu sənəd toplusu kəmərin harada və necə tikiləcəyini müəyyənləşdirir. Yəni “Şahdəniz” konsorsiumunun əlində qərar qəbul etmək üçün bütün zəruri sənədlər var”.

 

Qeyd edək ki,  «Şahdəniz» konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı yataqdan hasil edilən qazı Avropaya daşımaq təklifi vermiş iki boru kəməri konsorsiumu - «Nabucco» Qaz Boru Kəməri («Nabucco Gas Pipeline International») və TransAdriatik Boru Kəməri (TAP) arasında seçim edəcək və iyunun sonunda qərarını açıqlayacaq. «Şahdəniz-II» layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. «Şahdəniz-II» layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

 

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının ikinci mərhələdə işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. «Şahdəniz» qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR