Bank Of Baku

Lənkəranın Qala Xiyabanı ərazisinə və Boladi kəndinə təbii qazın verilişi bərpa olunub - FOTO

Lənkəranın Qala Xiyabanı ərazisinə və Boladi kəndinə təbii qazın verilişi bərpa olunub   - <span style="color: red;">FOTO
# 28 noyabr 2012 15:30 (UTC +04:00)

 

Lənkəran. Ağəddin Babayev – APA. İyirmi illik fasilədən sonra Lənkəran rayonunun daha iki ərazisi bu gün təbii qazla təchiz olunub.

 

APA-nın Cənub bürosunun məlumatına görə, şəhərin Qala Xiyabanı məhəlləsi və Boladi kəndinə “mavi yanacağın” verilməsi münasibətlə keçirilən təntənəli mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun müvafiq idarə və təşkilat rəhbərləri, yerli ağsaqqallar və ziyalılar iştirak ediblər.

 

Tədbirdə bildirilib ki, hər iki yaşayış məntəqəsi birpilləli sistem əsasında müasir standartlara cavab verən polietilen borularla qazlaşdırılıb. Qala Xiyabanı məhəlləsində 668, Boladi kəndində isə 283 mənzil təbii qazla təchiz olunub. Bütün evlər sayğaclaşdırılıb, həyətlərdə fərdi tənzimləyicilər quraşdırılıb.

 

Mərasimdə o da bildirilib ki, hazırda Lənkəran rayonunun 10 kəndində qazlaşdırma ilə bağlı işlər tamamlanmaq üzrədir, daha 18 yaşayış məntəqəsində isə işlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR