Bank Of Baku

Moskvada GECF-ə dövlət və hökumət başçılarının Forumu keçirilir - FOTO

Moskvada GECF-ə dövlət və hökumət başçılarının Forumu keçirilir - <span style="color: red;">FOTO
# 01 iyul 2013 13:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Təbii Qaz İxrac Edən Ölkələrin Təşkilatına (GECF) üzv olan dövlət və hökumət başçılarının forumu keçirilir.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kreml sarayında keçirilən forumda 13 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.

 

İki gün davam edəcək forumun keçirilməsində məqsəd şəffaf və davamlı qaz bazarının yaradılması, GECF-ə üzv olan dövlətlərin bir-biri ilə qarşılıqlı fəaliyyətinin, enerji istehsalı və istehlakının etibarlığının və təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

 

Forumda Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Mahmud Əhmədinejat, Venesuela prezidenti Nikolas Maduro, İraqın baş naziri Nuri əl-Maliki və digər ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər.

 

Qeyd edək ki, GECF 2001-ci ildə Rusiya daxil olmaqlar 13 qaz ixrac edən ölkələr (Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qatar, Liviya, Nigeriya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) tərəfindən təsis olunub. Hazırda İraq, Norveç, Hollandiya və Qazaxıstan isə Forumda müşahidəçi ölkələr statusuna sahibdirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR