Bank Of Baku

Nazir müavini: “Enerji daşıyıcılarının Avropaya ixracı Türkmənistanın strategiyasında əsas prioritetlərdən biridir”

Nazir müavini: “Enerji daşıyıcılarının Avropaya ixracı Türkmənistanın strategiyasında əsas prioritetlərdən biridir”
# 05 iyun 2013 09:33 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA-Economics. Enerji daşıyıcılarının Avropa istiqamətində ixracı Türkmənistanın strategiyasında əsas prioritetlərdən biridir. “APA-Economics”in xəbərinə görə, bunu Türkmənistanın neft-qaz sənayesi və təbii sərvətlər nazirinin müavini Annageldi Mametyazov Bakıda keçirilən “Caspian Oil&Gas-2013” Xəzər Neft-Qaz Konfransında çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, bu kontekstdə Xəzər regionunun gələcəyi mühüm əhəmiyyət daşıyır: “Türkmənistan bununla əlaqədar ortaya çıxan Xəzərin statusu, ekologiya və s. həll olunmamış məsələlərlə bağlı sualların bütün maraqlı tərəflərlə açıq və birbaşa müzakirəsinə hazırdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR