Bank Of Baku

Nazir Natiq Əliyev: «Azərbaycanda polad istehsalı kompleksinin yaradılması yeni sənaye erasını açır»

Nazir Natiq Əliyev: «Azərbaycanda polad istehsalı kompleksinin yaradılması yeni sənaye erasını açır»
# 25 aprel 2013 09:34 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.


Onun sözlərinə görə, Azərbaycanda polad sənayesinin inkişafı üçün baza artıq mövcuddur. Belə ki, ölkənin poladəritmə sahəsində təcrübəsi var, bu da polad istehsalı sahəsinin inkişafına təkan verəcək: «Dövlət başçısı tərəfindən Azərbaycanda polad istehsalı kompleksinin yaradılması haqqında imzaladığı sərəncam ölkədə yeni sənaye erasını açır. Hazırda ölkədə sənaye sahəsində yüzlərlə kiçik və orta müəssisələr fəaliyyət göstərir. Lakin böyük və strateji müəssisələr o qədər də çox deyil. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatı neft-qaz sənayesi üzərində qurulmuşdur, hazırda isə ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür».


N.Əliyev onu da qeyd edib ki, qeyri-neft sektorunun inkişafı asan məsələ deyil və bu sektoru inkişaf etdirmək üçün irihəcmli investisiyalar cəlb olunmalıdır: «Hazırda Azərbaycan bu sektora yatırdığı investisiyaların həcmi xarici sərmayəni ötüb keçib. Lakin buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı xarici investorlar üçün hər zaman açıqdır».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR