Bank Of Baku

Nazir Natiq Əliyev: «TAP layihəsi yaxşı seçimdir» - FOTO

Nazir Natiq Əliyev: «TAP layihəsi yaxşı seçimdir» - <span style="color: red;">FOTO
# 28 iyun 2013 09:01 (UTC +04:00)

«Şahdəniz-2» layihəsinin icrası isə Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə və əlavə sərmayə qoyuluşlarına səbəb olacaq.

 

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib: «Regional və transmilli layihələr əməli sürətlə gerçəkləşir. «Şahdəniz-2» Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatının inkişafına və sərmayə qoyuluşlarına səbəb olacaq».

 

Nazir qeyd edib ki, Türkiyə hazırda Azərbaycandan ildə 6 mlrd. kubmetr həcmində qaz alır, sonradan isə bu rəqəm 12 mlrd. kubmetrə çatdırılacaq. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin ötürmə qabiliyyəti 8 mlrd. kubmetrdən 24 mlrd. kubmetrə qədər artırılacaq. Gələcəkdə Azərbaycanın ümumi qaz ixracı potensialı 60 mlrd. kubmetrə çatacaq. Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları əhəmiyyətli dərəcədə artacaq».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR