Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yanvarın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,98 dollar ucuzlaşaraq 1 barelə görə 95,44 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 2-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,02 dollar düşərək 107,78 dollar olub.