Bank Of Baku

OPEC: İran neft istehsalına görə ikinci pillədəki mövqeyini itirib

OPEC: İran neft istehsalına görə ikinci pillədəki mövqeyini itirib
# 14 may 2013 07:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu ilin aprel ayında İranın neft hasilatı 2 mln. 650 min barel olub. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) yaydığı son hesabatında bildirilir.

 

Sənəddə qeyd edilir ki, İran bu göstəriciyə əsasən ikinci mövqeyini itirərək 5-ci sıraya enib və bununla da Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindən geridə qalıb. Eyni zamanda hesabatda aprel ayında İran neftinin qiymətinin 5,76 dollar düşərək 99,71 dollardan satıldığı vurğulanıb. 

 

Qeyd edək ki, İranın neft naziri Rüstəm Qasımi OPEK-in hesabatını təkzib edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR