Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 17 190 metr qazma işi həyata keçirib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 16 693 metri istismara, 497 metri kəşfiyyata aid olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında ARDNŞ üzrə 58 035 metr qazma işi görülüb ki, bunun da 54 218 metri istismara, 3 817 metri kəşfiyyata aid olub.