Bank Of Baku

Ötən il «Əsrin müqaviləsi»nə 3,2 mlrd. dollar xərclənib

Ötən il «Əsrin müqaviləsi»nə 3,2 mlrd. dollar xərclənib
# 01 mart 2013 09:01 (UTC +04:00)

Bakı – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» layihəsinə («Əsrin müqaviləsi») 2012-ci il ərzində 725 mln. ABŞ dolları həcmində əməliyyat məsrəfləri və 2,495 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

 

Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il üçün AÇG əməliyyatlarına 758 mln. əməliyyat məsrəfləri və 2,514 mlrd. dollar əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.

 

Xatırladaq ki, AÇG layihəsində BP (operator – 35,78%), ARDNŞ (11,65%), «Chevron» (11,27%), «INPEX» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR