«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, neft, qaz və su layihələrinin həyata keçirilməsi üzrə ixtisaslaşmış Pakistanın «Shahzad International Co.» şirkəti
Bakı. Nicat Mustafayev – APA-Economics. Pakistanın «Shahzad International Co.» şirkəti Azərbaycan şirkətlərinin biri ilə birgə müəssisə yaratmaq niyyətindədir.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, neft, qaz və su layihələrinin həyata keçirilməsi üzrə ixtisaslaşmış Pakistanın «Shahzad International Co.» şirkəti Azərbaycanda fəaliyyət göstərmək üçün yerli şirkətlə birgə müəssisə yaratmaq marağındadır. Təklifə marağı olan şirkətlər Pakistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilər.