Bank Of Baku

Qobustan rayonu özünü alternativ enerji ilə təmin edir

Qobustan rayonu özünü alternativ enerji ilə təmin edir
# 23 aprel 2013 15:26 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Qobustanda enerji parkının yaradılması nəticəsində hazırda rayondakı obyektlərin bir hissəsi alternativ yolla alınan enerji ilə təmin olunur. «APA-Economics»in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

 

Onun sözlərinə görə, hazırda stansiyada yeni turbinin qurulması və günəş panellərinin sayının artırılması gözlənilir. Nəticədə stansiyanın gücü 8 MVt-a çatdırılacaq.

 

Agentlik rəhbərinin sözlərinə görə, hətta bu güc də Qobustanın enerji təminatı üçün kifayət etməyə bilər, çünki enerjinin olması rayonun inkişafına və enerji tələbatının artmasına səbəb olur: «Çünki rayonda yeni kənd təsərrüfatı və istehsal sahələri açılır».

 

A.Bədəlov bildirib ki, 8 MVt-lıq stansiya ilk növbədə Qobustanın özünün və yaxın ətrafının enerji ilə təminatına imkan verəcək. Gələcəkdə isə Qobustan özünün enerjiyə olan tələbatını ödəsə, artıq qalan enerji başqa rayonlara da ixrac oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR