Bakı - APA-Economics. Sabah Quba və Qobustan rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 25 iyun 2013-cü il tarixində saat 09:00-dan 17:00-dək “Quba” Qazpaylayıcı Stansiyasından qidalanan “Quba” ölçü qovşağı, saat 14:00-dan 18:00-dək isə “Mərəzə” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Quba şəhərinə və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.