Bank Of Baku

Rövnəq Abdullayev: “TANAP layihəsi üzrə işlər bu ilin sonunda başlana bilər”

Rövnəq Abdullayev: “TANAP layihəsi üzrə işlər bu ilin sonunda başlana bilər”
# 10 iyul 2013 11:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin sonu - gələn ilin əvvəlində Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsi üzə işlərin həyata keçirilməsinə başlanacaq.

 

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bəyan edib.


Onun sözlərinə görə, TANAP layihəsi irəliləyir: “Artıq ARDNŞ-ın TANAP ofisi Türkiyədə də fəaliyyətə başlayıb. Orada 200-dən artıq mühəndis çalışır. Layihənin əsas hazırlıq işləri gedir. Bu ilin sonu - gələn ilin əvvəlində layihənin işləməsini düşünürük”.

 

Qeyd edək ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.


Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR