«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trln. kubmetr təşkil edir və ilkin olaraq TAP (Trans Adriatic Pipeline) layihəsi çərçivəsində Azərbaycandan Avropaya ildə 10 mlrd. kubmetr qaz nəql olunacaq: «Azərbaycanın digər qaz yataqları da nəzərə alınaraq onu demək olar ki, gələcəkdə bizə yeni qaz ixrac kəmərləri lazım olacaq».
Azərbaycanın TAP boru kəməri layihəsinin seçməsinə gəldikdə R.Abdullayev bildirib ki, bu, olduqca düzgün seçimdir və bu seçimin ARDNŞ tərəfindən bu yaxınlarda Yunanıstanın DESFA qaz şirkətinin alınması ilə heç bir əlaqəsi yoxdur.