Bank Of Baku

Rumıniyada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istismara verilib

Rumıniyada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istismara verilib
# 03 iyul 2013 15:20 (UTC +04:00)

Bakı. Aynur. Əliyeva - APA-Economics. Rumıniyanın Neamt iqtisadi regionunun Piatra Neamt bölgəsində SOCAR brendi altında fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) istismara verilib.

 

ARDNŞ-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, YDM-nin açılışına həsr olunmuş mərasimdə “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, yerli hökümət qurumlarının nümayəndələri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr və media nümayəndələri iştirak ediblər.

 

3900 kvadrat metrlik sahəni əhatə edən YDM-də müştərilərə “Euro Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və “98” tipli neft məhsulları, maye qaz təklif olunur. Məntəqədə 3 sayğac quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. YDM ərazisində Rumıniyada ilk dəfə olaraq müştərilərə şaurma (dönər) təklif edən kafe fəaliyyət göstərir.

 

Müştərilər həmçinin 24 saat pulsuz internet xidmətləri ilə təmin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR