Bank Of Baku

Rusiya və Türkiyə “Mavi axın” qaz kəmərinin gücünün artırılması üçün razılığa gələ bilər

Rusiya və Türkiyə “Mavi axın” qaz kəmərinin gücünün artırılması üçün razılığa gələ bilər
# 04 dekabr 2012 10:10 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya “Mavi axın” qaz kəmərinin gücünün artırılması üçün Türkiyə ilə razılığa gələ bilər.

 

APA-nın xəbərinə görə, bunu Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, “Mavi axın” qaz kəmərinin gücü artırıla və kəmər vasitəsilə üçüncü ölkələrə də qaz nəql oluna bilər: “Türkiyə artıq Avropa üçün enerji şəbəkəsinə çevrilir. Əsas prioritet isə əsas bazarlara enerji nəqli marşrutlarının diversifikasiyasıdır”.

 

Qeyd edək ki, 2005-ci ildə istifadə verilən “Mavi axın” kəməri Ukrayna, Moldova, Rumıniya və Bolqarıstandan keçməklə Rusiya qazını Türkiyəyə çatdırır. Hazırda kəmərin illik buraxılış gücü 16 mlrd. kubmetrdir. Türkiyə Almaniyadan sonra Rusiya qazının ən böyük idxalçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR